Ağırlıqqaldırma üzrə dünya çempionatının ikiqat mükafatçısı Dmirtriy Çumak 6 illiyə diskvalifikasiya olunub.
İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
Çumak antidopinq qaydalarını pozub. O, 2021-ci ildə dopinq testindən keçməkdən imtina edib və agentliyin nümayəndəsini pulla ələ almaqda günahlandırılır. Dmitriyin məşqçisi Mixail Matsex ona bu işdə dəstək olub. Ukraynalı idmançının diskvalifikasiya müddəti 2021-ci il mayın 4-dən hesablanır.
Qeyd edək ki, Çumak iki dəfə dünya mükafatçısı olmaqla yanaşı 3 qat Avropa çempionudur.
İdman.biz