Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Bəhreyndə səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib.
AAF-dan İdman.biz-ə verilən məlumata görə, qurumun prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud, həmçinin I vitse-prezidenti Ursula Papandrea, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti və Bəhreyn Ağırlıqqaldırma Federasiyasının prezidenti Ebrahim Eshaqla bir araya gəliblər.
Görüşlərdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdən sonra adıçəkilən şəxslərə AAF adından xüsusi hədiyyələr təqdim olunub.
İdman.biz