Dadaş Dadaşbəyli dünya çempionatının gümüş medalını qazanıb - FOTO

Xəbərlər
14 Dekabr 2024 20:38
212
Dadaş Dadaşbəyli dünya çempionatının gümüş medalını qazanıb - FOTO

Azərbaycan ağırlıqqaldıranı Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, Dadaş Dadaşbəyli (109 kq) fəxri kürsüdə yer alıb.

Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edərək, 4-cü nəticəni göstərib. Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.

Dadaşbəyli toplamda 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticəyə nail olmuşdu.

İdman.biz