Avropa çempionatının qızıl medalçısı İsa Rüstəmov vətənə qayıdıb - FOTO

Xəbərlər
18 Aprel 2025 21:30
123
Avropa çempionatının qızıl medalçısı İsa Rüstəmov vətənə qayıdıb - FOTO

Ağırlıqqaldırma üzrə Avropa çempionatında çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandamız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük təmtəraqla qarşılanıb.

Mərasimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovla yanaşı, idman ictimaiyyətinin digər üzvləri, gənc idmançılar və media nümayəndələri iştirak ediblər. Qarşılanma zamanı yığma komandamızın baş məşqçisi Maxtı Makkaev və Avropa çempionatının mükafatçısı İsa Rüstəmov jurnalistlərin suallarını cavablandırıblar.

İsa Rüstəmov: “Bu yarışa cox ciddi hazırlaşmışdıq. Avropa çempionatına yollananda qarşıya bir məqsəd qoyulmuşdu. Fəxri kürsüdə yer almaq. Hazırlığımız üçün federasiya rəhbərliyi tərəfindən ən yüksək səviyyədə şərait yaradılmışdı. Göygöldə keçirdiyimiz təlim-məşq prosesinin faydasını Avropa çempionatında gördük. Hər zaman demişəm ki, bu təkcə mənim uğurum deyil. Federasiya rəhbərliyi başda olmaqla, komandada olan hər kəsin bu nəticənin qazanılmasında payı var. Məqsədim gələcək yarışlarda da fəxri kürsüdə yer alıb bayrağımızı dalğalandırmaqdır. Zəhmət çəkib bizi qarşılamağa gələn hər kəsə minnətdarlığımı bildirirəm”

Maxtı Makkaev: “Bildiyiniz kimi 3 ay əvvələ qədər İsa Rüstəmov 73 kq çəki dərəcəsində yarışırdı. O bu çəkidə olanda B qrupunda mübarizə aparırdı. Onun çəkisini dəyişməsi ilə bağlı təhlillər apardıq və rəhbərliyə hesabat təqdim etdik. Düşündük ki, İsa 67 kq çəki dərəcəsində daha yaxşı çıxış edə bilər və belə də oldu. Əgər komanda üçün şərait yaradılırsa o zaman nəticə özünü çox gözlətmir. Federasiya prezidentimiz Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudova təşəkkürümü bildirirəm. Hər zaman bizə dəstək göstərən Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə də minnətdarıq. Çalışacağıq ki, gələcək yarışlarda da qarşıya qoyulan hədəflərə çataq. Potensiallı yeniyetmə və gənclərimiz var. Əminəm ki, onların arasından da Avropa və dünya səviyyəsində idmançılar çıxacaq”.

Qeyd edək ki, komandanın heyətində İsa Rüstəmov 1 qızl, 1 gümüş və 1 bürünc medal qazanıb.

İdman.biz