Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış idman növünün inkişafı istiqamətində məşqlərə başlanılıb.
İdman.biz xəbər verir ki, dağ xizəkçiliyinin moqul növü üzrə hazırlıqlar yaponiyalı mütəxəssis Zünko Hosinonun rəhbərliyi altında aparılır.
Hələlik onlar fiziki yöndə çalışmaları yerinə yetirirlər. Praktik çalışmalar isə Şahdağ Turizm Mərkəzindəki Dağ Xizək Rezortunda aparılır.
Qeyd edək ki, Zünko Hosino Soçi-2014 və Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edib, 2020-ci il Dünya Kubokunda isə gümüş medal qazanıb. Xanım idmançı karyerasını 2022-ci ildə 33 yaşında başa vurub.
İdman.biz