“Bu yarış olimpiya idman növlərinə əlavə olunub. Azərbaycan da bu yarışda geniş heyətlə iştirak edir”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Şahdağda beynəlxalq xizək alpinizmi yarışının açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanda ilk dəfə bu kateqoriyada yüksək səviyyəli yarış keçirilir.
“Qış idman növlərində bizim ölkənin nəticələri hələ ki zəifdir. Ümid edirəm ki, bu yarışlarım keçirilməsi ilə Azərbaycanda bu idman növləri inkişaf edəcək və daha yüksək nəticələr əldə edəcəyik”, - deyə Hüseynzadə əlavə edib.
Qeyd edək ki, yarışda 11 ölkənin 55 idmançısı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak edirlər.
İdman.biz