Azərbaycan idmançısı “Riqa Cup”da

Xəbərlər
25 Avqust 2024 10:02
555
Azərbaycan idmançısı “Riqa Cup”da

Latviyada fiqurlu konkisürmə üzrə yeniyetmılərin Qran-Prisi çərçivəsində "Riqa Cup" turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması Baltikyanı ölkəyə bir idmançı ilə yollanacaq.

Ölkəmiz qızların yarışında təmsil olunacaq. Riqa arenasına Leyli Axundova çıxacaq. O, yarış üçün sifariş olunan 37 idmançı arasında yer alıb.

Qeyd edək ki, turnir avqustun 28-31-də keçiriləcək.

İdman.biz