Latviyanın paytaxtı Riqada keçirilən yeniyetmə fiqurlu konkisürənlərin Qran-prisi davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Leyli Axundova da “Riqa kuboku”nda mübarizəyə qoşulub.
Onun qısa proqramdakı çıxışı 31,66 xala layiq görülüb. İdmançımız 29-cu yeri tutub. Leyli sərbəst proqramla da tamaşaçılar önünə çıxacaq.
Qeyd edək ki, qızların yarışına 37 idmançı qatılıb.
İdman.biz