Fiqurlu konkisürənimiz Qran-pridə 30-cu yeri tutub

Xəbərlər
31 Avqust 2024 14:23
99
Fiqurlu konkisürənimiz Qran-pridə 30-cu yeri tutub

Azərbaycan fiqurlu konkisürəni Leyli Axundova Riqa kuboku yeniyetmələrin Qran-prisində çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, təmsilçimiz sərbəst proqramda 61,56 xalla 29-cu yeri tutub.

Leyli iki hərəkətin cəmində 93,22 xalla 30-cu olub. O, qısa proqramda da 31,66 xalla 29-cu yerdə qərarlaşmışdı.

Qeyd edək ki, yarışda 37 idmançı iştirak edib.

İdman.biz