Fiqurlu konkisürənlərimizin Astana sınağı

Xəbərlər
29 Sentyabr 2024 10:28
58
Fiqurlu konkisürənlərimizin Astana sınağı

Azərbaycan fiqurlu konkisürmə yığması Qazaxıstanın Astana şəhərində keçiriləcək Denis Ten Memorialında iştirak edəcək.

İdman.biz xəbər verir ki, millimiz iki proqramda təmsil olunacaq.

Kişilərin yarışında Vladimir Litvintsev buz üzərinə çıxacaq. Buz üzərində rəqslərdə isə Maksin Ueterbi və Aleksandr Kolosovski dueti iştirak edəcək.

Aleksandr xeyli müddətdir yığmamızın şərəfini qoruyursa, Çində anadan olan Maksin onun yeni tərəfdaşıdır. Kolosovski əvvəllər Adrienne Karhart, Yekaterina Kuznetsova ilə birgə yığmamızda çıxış edib. Maksin isə Temirlan Yerjanovla duetdə Qazaxıstan təmsilçisi olub.

Qeyd edək ki, turnir oktyabrın 3-dən 10-dək keçiriləcək.

İdman.biz