Litvintsev ilk “üçlük”də, duetimiz 14-cüdür

Xəbərlər
4 Oktyabr 2024 15:08
212
Litvintsev ilk “üçlük”də, duetimiz 14-cüdür

Qazaxıstanın Astana şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Denis Ten Memorialına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları ilk çıxışlarını başa vurublar.

Vladimir Litvintsev qısa proqramda uğurla çıxış edib. O, ilk çıxışdan sonra 84,03 xalla 3-cü pillədə qərarlaşıb.

Buz üzərində rəqslərdə isə Maksin Ueterbi və Aleksandr Kolosovski dueti mübarizəyə başlayıblar. Onlar ritmik rəqsdə 53,52 xal toplayıblar. Cütlük ilk çıxışdan sonra 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, hər iki proqramda mükafatçılar sabah bəlli olacaq.

İdman.biz

Məqalədə: