Ukraynalı idmançıya 1 illik diskvalifikasiya

Xəbərlər
9 Oktyabr 2024 19:20
664
Ukraynalı idmançıya 1 illik diskvalifikasiya

Ukraynalı biatlonçu Vika Semerenko 1 illik diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bu barədə Ukrayna Milli Antidopinq Mərkəzi məlumat yayıb.

38 yaşlı idmançı bir il ərzində 3 dopinq-testdən keçmədiyi üçün cəzaya məruz qalıb. Diskvalifikasiya müddəti 2024-cü ilin martından hesablanacaq.

Qeyd edək ki, Semerenko Soçi-2014 Qış Olimpiadasında estafet yarışlarının qızıl medalını qazanıb.

İdman.biz