Səbinə Əliyeva “Diamond Spin”ə qatılmayıb

Xəbərlər
18 Oktyabr 2024 10:16
195
Səbinə Əliyeva “Diamond Spin”ə qatılmayıb

Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva “Diamond Spin” turnirinə qatılmayıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz Polşadakı yarışa sifariş olunsa da, buz üzərinə çıxmayıb.

İştirakçılar Katovitse şəhərindəki turnirdə qısa proqramı icra ediblər. Səbinə yarışa qatılan 37 idmançı arasında olmayıb. Onun mübarizədən kənar qalmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Səbinənin qatılmadığı yeniyetmə qızların yarışına bu gün yekun vurulacaq.

İdman.biz