Sovet və Rusiya xizəkçisi, 4 qat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib.
İdman.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.
Smetanina reanimasiyaya yerləşdirilib. "O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır. Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib.
Qeyd edək ki, Smetaninanın 72 yaşı var.
İdman.biz