Rusiyalı dağ xizəkçiləri Pavel Yakimov və Varvara Proxorova gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak hüququ qazanıblar.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyası (ISMF) hər iki idmançıya qurumun bayrağı altında keçirilən turnirlərdə mübarizə aparmaq üçün lisenziya verib.
Bununla da həm Yakimov, həm də Proxorova Dünya Kubokunun Azərbaycanda keçiriləcək İkinci mərhələsində neytral statusda çıxış edəcəklər.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
İdman.biz