Gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova bildirib.
Onun sözlərinə görə, beynəlxalq yarışda ölkəmizi Nəzrin Qəribova ilə Seyid Sədrəddinov təmsil edəcəklər.
Dünya Kubokunda sprint (10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
İdman.biz