"Şahdağ" Turizm Mərkəzində xizək alpinizmi üzrə Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, 26 ölkənin qatıldığı yarışın ikinci günündə iştirakçılar vertikal növ üzrə mübarizə aparıblar.
Qadın xizəkçilərdə fransalı, kişilərdə isveçrəli qalib adını qazanıb.
Qadınlar
1. Axel Qaç Mollar (Fransa)
2. Yohanna Himer (Avstriya)
3. Emili Harrop (Fransa)
Kişilər
1. Remi Bonnet (İsveçrə)
2. Kristof Hocenvarter (Avstriya)
3. Maksimilien Drion du Çapois (Belçika)
Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 130-a yaxın idmançının qatıldığı yarış yanvarın 13-də yekunlaşacaq. Atletlər həmin gün individual növ üzrə mübarizə aparacaqlar. Dünya kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.
İdman.biz