Şahdağda Dünya kubokunun üçüncü günündə qarışıq estafet

Xəbərlər
12 Yanvar 2025 10:38
54
Şahdağda Dünya kubokunun üçüncü günündə qarışıq estafet

Şahdağda xizək alpinizmi üzrə Dünya kuboku başa çatmaqdadır.

İdman.biz xəbər verir ki, yarışda 26 ölkədən komandalar iştirak edir.

Azərbaycanı Dünya kubokunda Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.

İştirakçılar əvvəlcə sprint, daha sonra şaquli yürüşdə mübarizə aparıblar və bu gün qarışıq estafet olacaq. Komandalar bir kişi və bir qadından ibarətdir. Onlar sprint yarışında növbə ilə çıxış edirlər.

Dünya kuboku 2026-cı il olimpiadası üçün seçmə xarakter daşıyır. Xizək alpinizmi ilk dəfə Qış oyunlarının proqramına daxil ediləcək.

İdman.biz