"Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Dünya kubokuna yekun vurulub.
İdman.biz xəbər verir ki, 4 gün davam edən və 26 ölkənin qatıldığı yarışın son günündə idmançılar fərdi növ üzrə mübarizə aparıblar.
Qadın xizəkçilərdə fransalı, kişilərdə isə isveçrəli qalib adını qazanıb.
Fərdi növü üzrə nəticələr:
Qadınlar
1. Axel Qaç Mollar (Fransa)
2. Emili Harrop (Fransa)
3. Yohanna Hiemer (Avstriya)
Kişilər
1. Remi Bonnet (İsveçrə)
2. Samuel Equy (Fransa)
3. Tibalt Anselm (Fransa)
Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Yordi Kanals xizək alpinizmi üzrə Dünya kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, 130-a yaxın idmançının qatıldığı Dünya kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.
İdman.biz