Avropa çempionatında 11-ci yer

Xəbərlər
31 Yanvar 2025 09:57
95
Avropa çempionatında 11-ci yer

Fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Estoniyanın paytaxtı Tallində kişilərin fərdi yarışlarına start verilib.

Azərbaycan idmançısı Vladimir Litvintsev də qısa proqramda bacarığını nümayiş etdirib. Onun çıxışı 77,86 xalla qiymətləndirilib. Təmsilçimiz 11-ci yeri tutub.

Qeyd edək ki, 34 iştirakçıdan 24-ü fevralın 1-də sərbəst proqramda çıxış etmək hüququ qazanıb.

İdman.biz