Avropa Qış Olimpiya Festivalına gedəcək idmançımız dəqiqləşib

Xəbərlər
31 Yanvar 2025 13:34
123
Avropa Qış Olimpiya Festivalına gedəcək idmançımız dəqiqləşib

Gürcüstanın Bakuriani şəhərində keçiriləcək Yeniyetmələrin Avropa Qış Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançı bəlli olub.

İdman.biz xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini Leyli Axundova qoruyacaq.

O, fiqurlu konkisürmədə bacarığını nümayiş etdirəcək. Bu növ üzrə mübarizə Batumidə olacaq.

Qeyd edək ki, Festival fevralın 9-16-da keçiriləcək. Yarışda 48 ölkənin idmançıları 8 növdə 38 dəst medal uğrunda güclərini yoxlayacaqlar.

İdman.biz

Məqalədə: