Dünya kubokunda 9-cu yer

Xəbərlər
12 Fevral 2025 10:50
74
Dünya kubokunda 9-cu yer

Azərbaycan millisi yeniyetmələr arasında xizək alpinizmi üzrə Dünya kubokunda iştirak edib.

İdman.biz xəbər verir ki, Slovakiyanın Rujomberok şəhərində “Malino Brdo” Xizək Mərkəzində keçirilən yarışda ölkəmiz iki idmançı ilə təmsil olunub.

Sprint yarışında Nəbiyulla Qələbəgiyev 9-cu, Ramin Beybutov isə 15-ci yerə sahib olub.

Qeyd edək ki, bu növdə 11 ölkədən olan 22 idmançı mübarizə aparıb.

İdman.biz