Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionatında qızların mübarizəsinə start verilib.
İdman.biz xəbər verir ki, Macarıstanın Debretsen şəhərində təşkil olunan yarışın iştirakçıları qısa proqramda buz üzərinə çıxıblar.
Azərbaycan idmançısı Arina Kalugina 57,04 xal toplayıb. O, 48 iştirakçı arasında 16-cı yeri tutub.
İlk “24-lük”də qərarlaşan digər konkisürənlər kimi Arina da sərbəst proqramda çıxış etmək hüququ qazanıb. Qızların yarışına martın 1-də yekun vurulacaq.
Qeyd edək ki, qısa proqramda 74,68 xal toplayan Mao Şimada (Yaponiya) hamını qabaqlayıb.
İdman.biz