Millimizdən master-klass - FOTO

Xəbərlər
1 Mart 2025 14:48
91
Millimizdən master-klass - FOTO

Xizək alpinizmi üzrə Azərbaycan milli komandası Tufandağ Qış-Yay Turizm Mərkəzində təlim-məşq toplantısı çərçivəsində turizm mərkəzinin heyətinə xizək alpinizmi üzrə master-klass və təlimlər keçib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından İdman.biz-ə verilən məlumata görə, hazırlığa qatılan iştirakçılar xizək alpinizmi haqqında nəzəri biliklər əldə edib.

Onlar, həmçinin texniki bacarıqlarını inkişaf etdirib, o cümlədən bu idman növünün çətinlik dərəcələrini öyrəniblər.

Qeyd edək ki, təlimlərə 20-dən artıq iştirakçı qatılıb.

İdman.biz

Məqalədə: