2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının şüarı bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi açıqlama yayıb.
Milan və Kortina-d Ampetsonun ev sahibliyi edəcək turnirin devizi "IT`s your vibe" ("Bu sənin hisslərindir") adlanır. İlk sözdə böyük hərflər İtaliyanı simvolə edir.
Qeyd edək ki, Qış Olimpiya və Paraimpiya Oyunları gələn il fevralın 6-22-də təşkil olunacaq.
İdman.biz