Nərgiz Süleymanovanın Oslo sınağı

Xəbərlər
5 Mart 2025 09:52
64
Nərgiz Süleymanovanın Oslo sınağı

Azərbaycan fiqurlu konkisürəni Nərgiz Süleymanova beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, idmançımız “Sonya Heni Trofi”də mübarizə aparacaq.

Yarış Norveçin paytaxtı Osloda keçiriləcək. Nərgiz martın 8-də qısa, ertəsi gün sərbəst proqramda çıxış edəcək.

Qeyd edək ki, turnirə sabah start veriləcək.

İdman.biz