Polşanın Lodz şəhərində fiqurlu konkisürmə üzrə beynəlxalq turnir keçirilib.
İdman.biz xəbər verir ki, Mariya Olçevskanın xatirəsinə həsr olunan yarışda Azərbaycan fiqurlu konkisürəni Leyli Axundova da iştirak edib.
O, turniri 17-ci pillədə başa vurub. Leyli çıxışını 105,46 xalla yekunlaşdırıb. O, həm qısa (37,50), həm sərbəst (67,96) proqramda 16-cı olub.
Qeyd edək ki, qızların yarışında 29 idmançı mübarizə aparıb.
İdman.biz