Azərbaycan fiqurlu konkisürəni Nərgiz Süleymanova beynəlxalq turnirdə iştirak edib.
İdman.biz xəbər verir ki, idmançımız “Sonya Heni Trofi”də mübarizə aparıb.
O, Norveçin paytaxtı Osloda keçirilən turnirdə 10-cu yeri tutub. Təmsilçimiz iki çıxışın cəmində 131,81 xal toplayıb. Nərgiz qısa proqramda 47,27 xalla 7-ci, sərbəst çıxışda 84,54 xalla 10-cu olub.
Qeyd edək ki, qadınların yarışında 20 iştirakçı mübarizə aparıb.
İdman.biz