Rusiyalı fiqurlu konkisürən Azərbaycan yığmasında

Xəbərlər
25 Mart 2025 19:29
47
Rusiyalı fiqurlu konkisürən Azərbaycan yığmasında

Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan yığmasının heyətində çıxış edəcək.

İdman.biz xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumatda Jilinanın növbəti mövsümdən Azərbaycan komandasının heyətinə cəlb olunacağı yazılıd. 17 yaşlı Veronika ikiqat Olimpiya çempionu Yevgeniy Plyuşenkonun yetirməsidir. O, zədə üzündən başa çatan mövsümdə yarışlardan kənarda qalıb.

Qeyd edək ki, Jilina 2023-cü ildə yeniyetmələr arasında Rusiya birinciliyinin gümüş medalını qazanıb və Qran-pri finalında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

İdman.biz