ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ikinci yarış günündə kişilər mübarizəyə start veriblər.
Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramla çıxış edib. Onun çıxışı 83,10 xalla qiymətləndirilib.
Vladimir 39 iştirakçı arasında 13-cü olub. İdmançımız sərbəst proqramda çıxış etmək hüququ qazanan “24-lük”də yer alıb.
Qısa proqramda ABŞ təmsilçisi İlya Malinin hamını qabaqlayıb – 110,41. Kişilərin sərbəst çıxışları martın 29-da baş tutacaq.
Qeyd edək ki, bu gün idman rəqslərində də yarışa start veriləcək. Samanta Ritter və Daniel Brıkalovdan ibarət Azərbaycan dueti də ritmik rəqslə çıxış edəcək.
İdman.biz