Bostonda 33-cü yer

Xəbərlər
29 Mart 2025 09:17
66
Bostonda 33-cü yer

ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə idman rəqslərində mübarizəyə start verilib.

Samanta Ritter və Daniel Brıkalovdan ibarət Azərbaycan dueti də buz üzərinə çıxıb. Təmsilçilərimizin ritmik rəqsi 53,30 xalla qiymətləndirilib.

Duetimiz 36 iştirakçı arasında 33-cü olub. Sərbəst rəqsdə çıxış edəcək “20-lik”dən kənar qalan idmançılarımız mundialla vidalaşıb. ABŞ dueti Madison Çok və Evan Beyts 90,18 xalla birinci olublar.

Qeyd edək ki, çempionata bu gün yekun vurulacaq. Azərbaycan idmançısı Vladimir Litvintsev də sərbəst proqramda çıxış edəcək.

İdman.biz

Məqalədə: