Son 19 ildə ilk amerikalı dünya çempionu

Xəbərlər
29 Mart 2025 11:55
55
Son 19 ildə ilk amerikalı dünya çempionu

Amerikalı Alisa Liu ilk dəfə fiqurlu konkisürmə üzrə dünya çempionatında qadınların fərdi yarışının qalibi olub.

İdman.biz xəbər verir ki, 19 yaşlı idmançı 2022-ci ildə turnirdə bürünc medal qazanmışdı.

Liu son 19 ildə fiqurlu konkisürmədə qadınlar arasında ilk amerikalı dünya çempionudur. ABŞ təmsilçilərindən sonuncu dəfə 2006-cı ildə Kimmi Meissner Kalqaridə keçirilən dünya çempionatının qalibi olmuşdu.

İdman.biz