Bostonda keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxış edərək 233,31 xal toplayıb.
İdman.biz xəbər verir ki, idmançımız 39 iştirakçı arasında 15-ci yerdə qərarlaşaraq Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Yarışda çıxış edən digər təmsilçilərimiz Nərgiz Süleymanova və buz üstündə rəqs növündə yarışan Samantha Ritter və Daniel Brykalov cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
İdman.biz