Azərbaycanın xizək alpinistləri Dünya kubokunun finalında çıxış ediblər - FOTO

Xəbərlər
14 Aprel 2025 10:02
30
Azərbaycanın xizək alpinistləri Dünya kubokunun finalında çıxış ediblər - FOTO

Azərbaycanın xizək alpinizmi millisinin üzvləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçin Tromse qəsəbəsində keçirilmiş Dünya Kubokunun finalında çıxış ediblər.

İdman.biz xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qəribova 19 ölkədən 42 idmançı arasında yarışın sprint növündə 29-cu olub. Sədrəddinov isə 62 idmançı arasında 51-ci yeri tutub.

İdman.biz