Azərbaycan yığmasının heyətində çıxış edəcək fiqurlu konkisürən Veronika Jilina məşqçi Sergey Rozanovun təcavüzünə uğradığını bildirib.
İdman.biz xəbər verir ki, o, hadisənin 11 yaşında olarkən yaşandığını açıqlayıb.
"Təlim-məşq toplanışı zamanı Sergey Rozanov otağıma gəldi. Otaqda tək yaşayırdım, uzun müddət məni masaj etməyə razı salmağa çalışsa da, imtina etdim. Eyni şey zalda da yaşandı. O, Kislovodskdakı toplanış zamanı idmançılar və məşqçilər zalı tərk etdikdən buna israr edirdi. Əlində pivə gəlib, otaqda mənə məşq keçdi", - deyə 17 yaşlı Veronika qonşi ölkə mətbuatına müsahibəsində bildirib.
Qeyd edək ki, Jilina Azərbaycan yığmasının təklifini qəbul edib və növbəti mövsümdən ölkəmizin bayrağı altında beynəlxalq yarışlarda iştirak edəcək. O, 2023-cü ildə yeniyetmələr arasında Rusiya birinciliyinin gümüş medalını qazanıb və Qran-pri finalında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
İdman.biz