Bu dəfə 9 top...

Xəbərlər
22 Sentyabr 2024 16:23
155
Bu dəfə 9 top...

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Rusiya seçməsinin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bundan əvvəl millimiz Belarusa 1:8, Özbəkistana isə 1:2 hesabları ilə uduzub.

İdman.biz