Yığmamız Gürcüstanla qarşılaşıb

Xəbərlər
27 Sentyabr 2024 23:19
37
Yığmamız Gürcüstanla qarşılaşıb

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşü keçirib.

İdman.biz xəbər verir ki, U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.

İdman.biz