Yığmamız Özbəkistana qol vura bilməyib

Xəbərlər
23 Oktyabr 2024 20:07
29
Yığmamız Özbəkistana qol vura bilməyib

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq görüşünü keçirib.

İdman.biz xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Paytaxt Daşkənddə baş tutan matçda meydan sahibləri 89-cu dəqiqədə penaltidən vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, komandalar arasında ilk yoldaşlıq görüşündə Özbəkistan yığması 7:0 hesabı ilə qalib gəlib.

İdman.biz