Siyasət Əsgərov: "Nəticə bizi məyus etdi"

Xəbərlər
25 Oktyabr 2024 19:18
45
Siyasət Əsgərov: "Nəticə bizi məyus etdi"

"Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi".

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Avropa pley-off mərhələsi çərçivəsində Portuqaliya yığması ilə keçirilən ilk oyunda qeydə alınan 1:4 hesablı məğlubiyyəti şərh edib: "Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı".

Baş məşqçi cavab oyunu barədə də fikirlərini bölüşüb: "Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq".

Qeyd edək ki, millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.

İdman.biz