Azərbaycanlı futbolçu Nigar Mirzəliyeva Rusiya çempionu titulunu qazanıb.
İdman.biz xəbər verir ki, o, "Zenit"in qadınlardan ibarət komandasının heyətində bu uğura nail olub.
Sankt-Peterburq klubu son turda ən yaxın izləyicisi MOİK-i 1:0 hesabı ilə məğlub edərək, ardıcıl ikinci dəfə çempionluğa sahib çıxıb. Nigarın komandası keçirilən 22 oyunun 20-də qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb.
Qeyd edək ki, Mirzəliyeva bu mövsümdə 7 oyunda 1 qol vurub. O, "Zenit"in heyətində ardıcıl ikinci mövsümdə çempion titulunu qazanıb.
İdman.biz