"Fənərbaxça"da zədə şoku

Xəbərlər
27 Avqust 2023 20:59
196
"Fənərbaxça"da zədə şoku

"Fənərbaxça" UEFA Konfrans Liqasının play-off mərhələsinin "Tvente" ilə keçirilən ilk matçında zədələnən Ferdi Kadıoğlu ilə bağlı rəsmi açıqlama paylaşıb.
İdman.biz xəbər verir ki, yarımmüdafiəçi cavab matçında komandasına kömək edə bilməyəcək.
Ferdi Kadıoğluna sol omba əzələsində 2-ci dərəcəli yırtıq diaqnozu qoyulub. Klubun açıqlamasında belə deyilir: "UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə matçında zədələnən Ferdi Kadıoğlunun "Acıbadem" Xəstəxanasında MR müayinəsi aparılıb. Müayinə nəticəsində sol bud əzələsində 2-ci dərəcə yırtığı aşkarlanan futbolçumuzun müalicəsinə başlanılıb. Ferdiyə ən xoş arzularımızı çatdırır və onun tezliklə komandaya qayıtmasını gözləyirik. O, hələlik 2 oyun buraxacaq. Kadıoğlu bu zədə səbəbindən "Tvente" ilə revanş matçı və "Ankaragücü" ilə çempionat görüşündə oynaya bilməyəcəyi dəqiqdir. Ferdinin milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra meydanlara dönəcəyi gözlənilir".

Ağa Dadaşzadə
Qeyd edək ki, "Fənərbaxça" ilk görüşdə 5:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 31-də keçiriləcək.