“Qalatasaray” ÇL-lə vidalaşıb - VİDEO

Xəbərlər
13 Dekabr 2023 01:52
337
“Qalatasaray” ÇL-lə vidalaşıb - VİDEO

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start verilib.

İdman.biz xəbər verir ki, dörd qrupun oyunlarından sonra 1/8 finala yüksələcək daha iki komandanın adına aydınlıq gəlib.

A qrupunda “Qalatasaray” Danimarkaya səfər edib. İstanbul klubu növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə qazanmalı idi. Amma Türkiyə çempionu bu vəzifənin öhdəsindən gələ bilməyib. "Kopenhagen" 1:0 hesabı ilə qalib gələrək, qrupda 2-ci yeri tutub. 3-cü yeri tutan "Qalatasaray" isə yoluna Avropa Liqasında davam edəcək. "Mançester Yunayted" qrup sonuncusu olaraq, bütün proqnozları alt-üst edib.

C qrupunda bir vəsiqəyə iki namizəd mübarizə aparıb. “Napoli” “Braqa”nı məğlub edərək, sürprizə imkan verməyib. Qrupun qalibi "Real" isə bütün görüşlərini qələbə ilə başa vuraraq, uğurlu nəticəyə imza atıb.

Qeyd edək ki, B və D qruplarında Avropa Liqasına vəsiqə verən 3-cü yerin taleyi həll olunub. "Sevilya" səfərdə "Lans"a uduzaraq, Avropa kubokları ilə vidalaşıb. "Benfika" isə səfərdə "Zalsburq"a qalib gələrək, çətin vəzifənin öhdəsindən gəliblər. Lissabon klubu lazım olan qolu 90+2-ci dəqiqədə vurub. Xallar bərabər olsa da, turnirdə daha çox qol vuran "Benfika" 3-cü pilləni tutub.

Çempionlar Liqası, qrup mərhələsi

VI tur, 12 dekabr
A qrupu
00:00. “Mançester Yunayted”– “Bavariya” - 0:1
Qol:
Koman, 71

00:00. “Kopenhagen” – “Qalatasaray” - 1:0
Qol:
Lerager, 58

Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” – 4 xal.

B qrupu
21:45. “Lans” – “Sevilya” - 2:1
Qollar:
Frankovski, 63 (pen.). Fulgini, 90+6 - Ramos, 79 (pen.)

21:45. PSV – “Arsenal” - 1:1
Qollar:
Vertessen, 50 - Nketiah, 42
Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” – 2 xal.

C qrupu
00:00. “Union” – “Real” - 2:3
Qollar:
Vollan, 45+2. Kral, 85 - Xoselu, 62; 73. Sebalyos, 89

00:00. “Napoli” – “Braqa” - 2:0
Qollar:
Saatçi, 9 (öz qapısına). Oseimhen, 33
Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” – 2 xal.

D qrupu
00:00. “Zalsburq” – “Benfika” - 1:3
Qollar:
Suçiç, 57 - Di Maria, 32. Rafa Silva, 45+1. Kabral, 90+2

00:00. “İnter” – “Real Sosyedad” - 0:0
Xal durumu:
“Real Sosyedad” – 12, “İnter” – 12, “Zalsburq” – 4, “Benfika” – 4 xal.

İdman.biz