Avropa Liqasının favoritləri: “Liverpul” və “Bayer”

Xəbərlər
17 Dekabr 2023 14:18
1 536
Avropa Liqasının favoritləri: “Liverpul” və “Bayer”

UEFA Avropa Liqasının qrup mərhələsi başa çatdıqdan sonra turnirin favorilərinin adları açıqlanıb.

İdman.biz xəbər verir ki, “Liverpul” kuboka əsas namizəd sayılır.

Bukmeker kontorları Yurgen Kloppun yetirmələrinin qələbə şansını 3,50 əmsalla dəyərləndirib. “Qarabağ”la eyni qrupda yarışan və bütün görüşlərini qalib başa vuran “Bayer” ikinci pillədə qərarlaşıb. Leverkuzen klubunun turnirdə qalib gəlmək şansı 7,50 əmsala bəabərdir. Növbəti yerlərdə “Milan” (9,50), “Brayton” və “Roma” (17,00) qərarlaşıb. Benfika və “Vest Hem”in Avropa Liqasında qələbə şansı 20,00 əmsalla qiymtləndirilib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması dekabrın 18-də keçiriləcək.

İdman.biz