Türkiyəli futbolçu Arda Gülər 2023-cü ilin sonunadək meydana çıxa bilməyəcək.
İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Yayda “Fənərbaxça”dan Madrid klubu Arda zədə üzündən forma geyinə bilməyib. Türkiyəli yarımmüdafiəçi iki dəfə zədəsini sağaltsa da, məşqlərdə yenidən sıradan çıxıb. “Real” riskə getməyərək, gənc oyunçunun tam sağalmasını gözləyəcək.
Qeyd edək ki, “Real” bu gün “Vilyyareal”, 4 gün sonra isə "Alaves"lə qarşılaşacaq. Komanda növbəti oyununu yanvarın 3-də “Malyorka” ilə keçirəcək.
İdman.biz