Argentina yığmasının futbolçusu Lionel Messi sosial şəbəkədə paylaşım edib.
İdman.biz xəbər verir ki, ulduz oyunçu 1 il əvvəl Qətərdə qazanılan dünya çempionu titulunu xatırlayıb.
“Karyeramın ən gözəl anlarından biri! Unudulmaz xatirələr həyatım boyu yaddaşımdan silinməyəcək. Qələbə münasibətilə hamını təbrik edirəm!”, - deyə Messi paylaşımında qeyd edib.
Qeyd edək ki, Argentina yığması ötən il Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Messi karyerasında ilk dünya kubokunu qazanıb.
İdman.biz