Dünya çempionatının ilk finalçısı müəyyənləşib

Xəbərlər
19 Dekabr 2023 00:04
256
Dünya çempionatının ilk finalçısı müəyyənləşib

Səudiyyə Ərəbistanında keçirilən klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

İdman.biz xəbər verir ki, “Fluminense” turnirin həlledici oyununa vəsiqə qazanıb.

Braziliya təmsilçisi “Fluminense” 2:0 hesabı ilə qələbə qazanıb. “Əl-Əhli” ilə qarşılaşmada komandanın qollarını Arias və Kennedi vurublar.

Qeyd edək ki, çempionatın digər yarımfinal qarşılaşmasında “Mançester Siti” “Urava Red”la üz-üzə gələcək.

Klublararası dünya çempionatı
18 dekabr
½ final

“Fluminense” (Braziliya) – “Əl-Əhli” (Misir) – 2:0
Qollar: Arias, 71 (pen.). Jon Kennedi, 90

İdman.biz