Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbekin son durumu açıqlanıb.
İdman.biz xəbər verir ki, bir gün öncə səhhəti pisləşən funksionerin xəstəxanada müalicəsi davam etdirilir.
Bildirilib ki, prezident qarın nahiyəsində ağrılardan və yorğunluqdan şikayətlənib. Ona kəskin bağırsaq infeksiyası - qastroenterit diaqnozu qoyulub və müalicəsinə başlanılıb.
İdman.biz