Klublararası dünya çempionatında ikinci finalçı bəlli olub.
İdman.biz xəbər verir ki, “Mançester Siti” həlledici oyunda mübarizə aparacaq.
Çempionlar Liqasının qalibi yarımfinalda “Urava Red”ə qalib gəlib. Pep Qvardiolanın yetirməələri rəqib qapısından 3 cavabsız top keçiriblər.
Qeyd edək ki, finalda “Mançester Siti”nin rəqibi “Fluminense” (Braziliya) olacaq. Həlledici qarşılaşma dekabrın 22-də baş tutacaq.
Klublararası dünya çempionatı
18 dekabr
½ final
“Mançester Siti” (İngiltərə) – “Urava Red” (Yaponiya) – 3:0
Qollar: Hoibraaten, 45+1 (öz qapısına). Kovaçiç, 52. Silva, 59
İdman.biz