Prezident baş məşqçini təqdimetmə mərasimində qovmaq istəyib

Xəbərlər
22 Dekabr 2023 21:43
218
Prezident baş məşqçini təqdimetmə mərasimində qovmaq istəyib

“Napoli”nin prezidenti Aurelio De Laurentis istefaya göndərilən Rudi Qarsiya haqqında danışıb.

İdman.biz xəbər verir ki, qalmaqallı rəhbər fransalı mütəxəssisi təqdimetmə mərasimində qovmaq istəyib.

“Onu baş məşqçi kimi təqdim etdiyimiz ilk gündə qovmalı olduğumu anladım. Kluba gələn bu mütəxəssis “Napoli” haqqında heç nə bilmədiyini, komandanın oyununa baxmadığını dedi. Bu sözlərdən sonra gülümsədim, o isə bunu bir neçə dəfə təkrar etdi”, - deyə De Laurentis açıqlamasında bildirib.

Qeyd edək ki, mövsümün əvvəlində komandaya baş məşqçi təyin olunan Rudi Qarsiya noyabrda istefaya göndərilib. O, bütün turnirlərdə “Napoli”yə 16 oyunda başçılıq edib.

İdman.biz