Klublararası dünya çempionatı tarixinin ən erkən qolu vurulub.
İdman.biz xəbər verir ki, “Mançester Siti” turnirin finalında 40-cı saniyəsində hesabı açıb.
Komandanın argentinalı hücumçusu Xulian Alvares topu “Fluminense”nin qapısından keçirib. Bundan əvvəlki rerord “Əl-Ayn”ın (BƏƏ) müdafiəçisi Məhəmməd Əhmədə məxsus olub. O, 2018-ci ildə “Esperans”la (Tunis) matçın 79-cu saniyəsində fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” final qarşılaşmasının birinci hissəsini 2:0 öndə bitirib.
İdman.biz